Daha bir xidmət “myGov” portalına inteqrasiya edilib

Daha bir xidmət “myGov” portalına inteqrasiya edilib Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub.
İKT
5 Mart , 2020 13:23
Daha bir xidmət “myGov” portalına inteqrasiya edilib
myGov.az

Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub.

“Report” bu barədə elektron hökumət portalına istinadən xəbər verir.

Məlumata görə, vətəndaş öz adına olan daşınmaz əmlak haqqında məlumata baxmaq üçün www.my.gov.az portalına daxil olaraq şəxsi kabinetində “Qurumlar üzrə” bölməsinə daxil olur. Açılan pəncərədə qurumlar arasından Əmlak Məsələləri Dövlət Xidmətini seçir və növbəti pəncərədə “Daşınmaz əmlak məlumatlarım” bölməsinə keçid edir. Burada mülkiyyətçi öz şəxsi əmlakına dair məlumatları - daşınmaz əmlakın qeydiyyat və reyestr nömrəsi, torpaq sahəsi, əmlakın ümumi sahəsi, daşınmaz əmlakın növü, torpaq sahəsinin kateqoriyası, daşınmaz əmlakın ünvanı və s. görə bilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilir. Portala inteqrasiya olunmuş sistemlərlə birgə, vətəndaşlara şəxsi kabinetləri üzərindən 690 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa, “myGov”-da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.

Son xəbərlər

Orphus sistemi