“Crew Dragon” kosmik gəmisi Yerə endi

“Crew Dragon” kosmik gəmisi Yerə endi ABŞ-ın yeni idarə olunan “Crew Dragon” kosmik gəmisi Atlantik okeanının Florida ştatına düşən sahillərində eniş edib.
İKT
2 Avqust , 2020 23:49
“Crew Dragon” kosmik gəmisi Yerə endi

ABŞ-ın yeni idarə olunan “Crew Dragon” kosmik gəmisi Atlantik okeanının Florida ştatına düşən sahillərində eniş edib.

“Report” NASA-ya istinadən xəbər verir ki, kosmik gəmi yerli vaxtla saat 14: 48-də (Bakı vaxtı ilə 22:48) suya toxunub.

Öncə kosmik gəminin əyləc paraşütləri, bir neçə dəqiqədən sonra isə təxminən 2 kilometr yüksəklikdə əsas dörd paraşütləri açılıb. Bu, Amerikanın 1975-ci ildən bəri ilk dəfə idarə olunan kosmik gəmisinin suya enməsidir.

Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisi 2011-ci ildən ABŞ ərazisindən havaya qalxan Amerikanın ilk idarə olunan kosmik gəmisidir.

Kosmik gəminin göyərtəsində NASA-nın iki astronavtı - Daqlas Harli və Robert Benken olub.

Son xəbərlər

Orphus sistemi