"ClimateLaunchpad 2022"nin milli mərhələsinə start verilib

"ClimateLaunchpad 2022"nin milli mərhələsinə start verilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əsas tərəfdaşı olduğu, “Social Innovation Lab” innovasiya mərkəzinin təşkilatı dəstəyi ilə dünyanın ən böyük "cleantech" (təmiz texnologiyalar) akseler
İKT
2 Avqust , 2022 17:29
ClimateLaunchpad 2022nin milli mərhələsinə start verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əsas tərəfdaşı olduğu, “Social Innovation Lab” innovasiya mərkəzinin təşkilatı dəstəyi ilə dünyanın ən böyük "cleantech" (təmiz texnologiyalar) akselerasiya proqramı olan "ClimateLaunchpad 2022"nin milli mərhələsinə start verilib.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, 6 həftəlik koçinq sessiyalarına qatılmış "Aqua Trap", "Ateshgah", "Ecoprint", "GreenPack", "OchseMoto", PORESO, "Recepta", "RestyIEarth" və "eHelpers" adlı startaplar "ClimateLaunchpad"ın müəyyən etdiyi vacib 6 modul üzərində praktiki çalışmaqla ölkə finalına hazırlaşırlar.

Bu ilin dekabr ayında komandalar münsiflər heyəti qarşısında milli mərhələnin ilk 3 yerini qazanmaq və regional mərhələyə vəsiqə əldə etmək üçün təqdimatlarla çıxış edəcəklər. Ümumilikdə beynəlxalq proqramda iştirak edən 50-dən çox ölkənin hər birinin ölkə finalında ilk 3 yeri qazanan komandalar bu ilin sentyabr ayında keçiriləcək Regional Finala vəsiqə qazanmaq uğrunda yarışacaqlar.

Dünya Finalı mərhələsində startaplar innovativ həllərini Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdim edəcəklər. Finalın qalibləri I yer üzrə € 10,000 avro, II yer üzrə € 5,000 avro və III yer üzrə € 2,500 avro pul mükafatı əldə edəcəklər. Həmçinin, 16 ən yaxşı startap 6 aylıq "Qlobal ClimateLaunchpad Accelerator" proqramına qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi