Çində dünyanın ən böyük 5G şəbəkəsi yaradılır

Çində dünyanın ən böyük 5G şəbəkəsi yaradılır Bu barədə ölkənin Sənaye və İT Nazirliyinin nümayəndələri bildirib
İKT
2355
20 Aprel , 2021 19:25
Çində dünyanın ən böyük 5G şəbəkəsi yaradılır

Çində dünyanın ən böyük 5G rabitə şəbəkəsinin qurulmasında ilkin nəticələr əldə olunub.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Sənaye və İT Nazirliyinin nümayəndələri bildirib.

Belə ki, nazir müavini Liu Liehonq ötən gün mətbuat konfransında bildirib ki, cari ilin sonunadək ölkədə 5G rabitə standartına uyğun 792 min baza stansiyası qurulub, indiyədək şəbəkəyə 260 milyon terminal qoşulub. Nazirliyin hesablamalarına görə, ilin ikinci yarısında mobil telefon satışlarının 80 faizi 5G rabitəsini dəstəkləyən cihazlar təşkil edəcək.

2021-2025-ci illəri əhatə edən 14-cü beşillik ərzində 5G şəbəkəsini bütövlükdə qurulub başa çatdırmaq nəzərdə tutulur. Həmçinin bu il mart ayından başlayaraq 2023-cü ilədək simli və simsiz “qoşa giqabayt” (dual gigabyte) genişzolaqlı şəbəkənin tətbiq edilərək ilk əvvəl şəhərlərdə qurulacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi