Çin yeni milli kibertəhlükəsizlik qaydaları tətbiq edir

Çin yeni milli kibertəhlükəsizlik qaydaları tətbiq edir Çin iyunun 1-dən etibarən nizamlı, təhlükəsiz və açıq kiberməkan yaratmağı və milli təhlükəsizliyi təmin etməyi nəzərdə tutan yeni kibertəhlükəsizlik qaydalarının tətbiq olunacağını elan edib.
İKT
28 Aprel , 2020 17:24
Çin yeni milli kibertəhlükəsizlik qaydaları tətbiq edir

Çin iyunun 1-dən etibarən nizamlı, təhlükəsiz və açıq kiberməkan yaratmağı və milli təhlükəsizliyi təmin etməyi nəzərdə tutan yeni kibertəhlükəsizlik qaydalarının tətbiq olunacağını elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, “Kibertəhlükəsizliyin yenilənməsi üzrə tədbirlər” adlı müvafiq sənəd Çində internet sferasının əsas tənzimləyicisi olan Kiberməkan Məsələləri İdarəsi (KMİ) tərəfindən dərc olunub.

Yerli mütəxəssislər yeni tədbirlərin kibertəhlükəsizlik sahəsində potensial riskləri aradan qaldırmaq və milli internet sənayesinin sağlam inkişafına zəmanət verməyə yönəldildiyini qeyd edirlər. Onların telekommunikasiya, radio və televiziya, energetika, maliyyə, yol təsərrüfatı, su nəqliyyatı, dəmiryolları və mülki aviasiya kimi strateji sektorlar üçün həm yerli, həm xarici informasiya və şəbəkə məhsulları və xidmətlərinin tədarükçülərinin fəaliyyətinə təsir göstərəcəyi gözlənilir.

“China Daily” qəzetinin yaydığı sənəddə milli təhlükəsizliklə əlaqəli sahələr üçün şəbəkə məhsulları və xidmətləri təmin etmək istəyən “kritik vacib informasiya” operatorlarının müvafiq yoxlamadan keçməli olduqları göstərilib. Eyni zamanda informasiya şəbəkələrinə qanunsuz nəzarət, onlara ziyan vurulması, həmçinin əsas məlumatların sızması, itməsi və zədələnməsi nəzərə alınmaqla, bu məhsul və xidmətlər ilə əlaqəli kibertəhlükəsizlik üçün potensial risklər göstərilməlidir.

KMİ eyni zamanda sosial şəbəkələrdə “zərərli hesablar” ilə mübarizə üzrə ikiaylıq kampaniyanın başlandığını elan edib.

“Qanuna və müvafiq qaydalara zidd olduğu aşkar edilən istənilən hesab bağlanacaq və onların operatorları isə cəzalandırılacaq”, - qurumun saytında bildirilib.

Müşahidəçilər hesab edir ki, Çin hökumətinin internet və sosial şəbəkələrdə nəzarəti gücləndirmək tədbirləri xüsusən ölkənin koronavirus pandemiyası ilə mübarizə zamanı qazandığı təcrübə ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi