Çin orbitə meteoroloji peyk buraxıb

Çin orbitə meteoroloji peyk buraxıb İkinci nəsil "Fenyun-4В" meteoroloji peykini daşıyan Çinin "Çançjen-3В" (“Böyük yürüş – 3B”) daşıyıcı raketi orbitə buraxılıb
İKT
3 İyun , 2021 10:55
Çin orbitə meteoroloji peyk buraxıb

İkinci nəsil "Fenyun-4В" meteoroloji peykini daşıyan Çinin "Çançjen-3В" (“Böyük yürüş – 3B”) daşıyıcı raketi orbitə buraxılıb.

Report” məlumat verir ki, bu barədə Çin mətbuatı xəbər yayıb.

Buraxılış Çin vaxtı ilə iyunun 3-ü saat 00:17-də (Bakı vaxtı ilə iyunun 2-si saat 20:17-də) Siçuan əyalətinin (Cənub-Qərbi Çin) Siçan kosmodromunda həyata keçirilib.

Kosmik aparat hava proqnozu və ekoloji monitorinq üzrə imkanların yaxşılaşdırılması məqsədilə Çinin analoji orbital peyklər qrupuna qoşulacaq. Peyk 7 il ərzində 36 min km hündürlükdə geostasionar orbitdə fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi