Cənubi Koreya yeni döyüş təyyarəsinin sınaq variantını hazırlayıb

Cənubi Koreya yeni döyüş təyyarəsinin sınaq variantını hazırlayıb Cənubi Koreyanın “KAİ” dövlət hava-kosmik sənayesi şirkəti “KF-X” tipli qırıcı təyyarəsinin növbəti nəslinin ilk nüsxəsini hazırlamağa başlayıb.
İKT
278
3 Sentyabr , 2020 14:30
Cənubi Koreya yeni döyüş təyyarəsinin sınaq variantını hazırlayıb

Cənubi Koreyanın “KAİ” dövlət hava-kosmik sənayesi şirkəti “KF-X” tipli qırıcı təyyarəsinin növbəti nəslinin ilk variantını hazırlamağa başlayıb.

“Report” “Defence-blog”a istinadən xəbər verir ki, rəsmi təqdimatının gələn ilin aprel ayına nəzərdə tutulan yeni təyyarə üzərində işlərin yekun mərhələsinə başlamaq ərəfəsindədir. Bundan sonra elektron, radar və s. alt sistemlər quraşdırılacaq. Sınaq varinatından cəmi 6 ədəd olacaq.

Tikintisini gələn il aprel ayının ortalarında başa çatdırmaq nəzərdə tutulan təyyarənin sınaqları 2022-ci ildə, kütləvi istehsala başlamaq 2026-cı ildə düşünülür. 2032-ci ildən bu tayyərənin 120 ədədi hava qüvvələrinin istifadəsində olmalıdır.

Qeyd edək ki, “KF-X” bu tipli qırıcı təyyarələrin 4,5-ci nəslidir ki, bütövlükdə perspektiv planda beş nəsil olacağı nəzərdə tutulur. Layihənin ümumi dəyəri 7,3 milyard ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi