ADB prezidenti: "Rəqəmsallaşma gələcək böhranlara qarşı davamlılığı artıracaq"

ADB prezidenti: "Rəqəmsallaşma gələcək böhranlara qarşı davamlılığı artıracaq" Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın nazirləri “Rəqəmsal erada əlaqə, əməkdaşlıq və davamlılıq” mövzusunda keçirilən virtual tədbirdə rəqəmsallaşmanı təşviq etmək və regional
İKT
17 Noyabr , 2021 15:16
ADB prezidenti: Rəqəmsallaşma gələcək böhranlara qarşı davamlılığı artıracaq

Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın nazirləri “Rəqəmsal erada əlaqə, əməkdaşlıq və davamlılıq” mövzusunda keçirilən virtual tədbirdə rəqəmsallaşmanı təşviq etmək və regional əməkdaşlıq vasitəsilə səhiyyə sistemlərini gücləndirmək üçün yeni uzunmüddətli layihəni təsdiqləyib.

“Report” xəbər verir ki, imzalanma mərasimi bu gün keçirilən 20-ci Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) Nazirlər Konfransında baş tutub.

Konfransın iştirakçıları, ictimai səhiyyə problemlərinə əlaqələndirilmiş cavab və rəqəmsallaşmanın təmin etdiyi daha sıx regional əməkdaşlıq, koronavirus pandemiyasından xilas olmaq üçün çox vacib olduğu bildirib.

Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava çıxışında bildirib ki, pandemiyadan yenilənən qloballaşmanın damğasını vurduğu yeni normala keçərkən, rəqəmsallaşma yolu ilə regional əməkdaşlığı gücləndirmək üçün çalışmalıyıq: “Bu, gələcəktəki böhranlara qarşı dayanıqlılıq yaratmağımıza, ticarəti yenidən bərpa etməyimizə və daha güclü, daha əlaqəli və daha əhatəli hala gəlməyimizə imkan verəcək və CAREC Proqramı bunu təmin edilməsində mühüm rol oynayacaq”.

"CAREC Rəqəmsal Strategiyası 2030", əhalinin təxminən yarısının internetə çıxışı olmayan regionda rəqəmsal infrastruktura investisiyaları təşviq edəcək. Strategiya, qadınlar və həssas əhali də daxil olmaqla iş yerləri yaratmaq üçün rəqəmsal imkanları inkişaf etdirməyi, xüsusi ilə elektron ticarət və biznes imkanlarını genişləndirməyi və qarşılıqlı fəaliyyət göstərən rəqəmsal platformalar yaratmağı hədəfləyir.

Bildirilir ki, "CAREC Səhiyyə Strategiyası 2030", üzv ölkələrin effektiv nəzarət sistemləri və kifayət qədər laboratoriya infrastrukturunun olmasını təmin etməklə ictimai sağlamlıq təhdidlərinə cavab vermək qabiliyyətini təkmilləşdirmək məqsədi daşıyır. Bu strategiya, tələbdəki artımları qarşılamaq üçün kifayət qədər tibbi ləvazimatların olmasını təmin etmək üçün etibarlı tənzimləmə və satınalma mexanizmləri yaratmağa çalışır. Həmçinin miqrantlar, sərhəd icmaları və həssas qruplar üçün səhiyyə xidmətlərinin yaxşılaşdırılması üzrə tədbirləri təsvir edir.

Azərbaycan hökumətinin ev sahibliyi etdiyi konfransa iqtisadiyyat naziri Mikayıl Cabbarov və ADB-nin vitse-prezidenti Şiksin Çen həmsədrlik ediblər. Tədbirdə CAREC-ə üzv ölkələrin nazirləri və yüksək vəzifəli şəxsləri ilə yanaşı inkişaf üzrə tərəfdaşlarından da nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi