“ByteDance”: “TikTok”un ABŞ-dakı bölməsinin satılmasına dair danışıq getmir

“ByteDance”: “TikTok”un ABŞ-dakı bölməsinin satılmasına dair danışıq getmir Çinin “ByteDance” holdinqi sahibi olduğu onlayn video xidməti - “TikTok”unABŞ-dakı bölməsinin digər video xidməti “Triller”ə satılması barədə danışıqlar getdiyini təkzib edib.
İKT
31 Avqust , 2020 16:21
“ByteDance”: “TikTok”un ABŞ-dakı bölməsinin satılmasına dair danışıq getmir

Çinin “ByteDance” holdinqi sahibi olduğu onlayn video xidməti - “TikTok”un ABŞ-dakı bölməsinin digər video xidməti “Triller”ə satılması barədə danışıqlar getdiyini təkzib edib.

“Report” bu barədə CNBC-yə istinadən xəbər verir.

Xatırladaq ki, bir qədər əvvəl “Triller”in rəhbəri Bobbi Sarneveşt belə bir danışıqların aparıldığını, “ByteDance”ın təklifə maraq göstərdiyini bildirmişdi. Bundan əvvəl isə “Oracle”, eləcə də “Microsoft” və “Walmart” müştərək olaraq “TikTok”u almaq barədə təklif verdiklərini bildirmişdi.

Xatırladaq ki, avqustun 3-də ABŞ prezidenti Donald Tramp “TikTok”un ABŞ şirkətlərindən biri tərəfindən satın alınmadığı halda sentyabrın 15-dən ölkə ərazisində onun fəaliyyətinə xitam veriləcəyini elan edib. Ağ Ev rəhbəri bu və digər xidmətlər vasitəsilə ABŞ haqqında məlumatlar toplana və bunun milli təhlükəsizliyinə təhdid yarada biləcəyini qeyd edib. Dövlət başçısının avqustun 7-də imzaladığı fərman adıçəkilən xidmətlərin sahiblərinə müqavilələrə xitam verməsi üçün 45 gün möhlət müəyyənləşdirilir.

Ötən gün isə Çin hökuməti "süni intellekt"lə bağlı texnologiyaların ixrac qaydalarını sərtləşdirib. Həmin texnologiyalara aid olan məzmunlar “TikTok”da istifadə olunduğu üçün həmin xidmətin də ixracı yalnız xüsusi icazə ilə mümkün olacaq. 

Bu arada “Bloomberg” agentliyi yazıb ki, Çin rəhbərliyi “TikTok”un satışını ABŞ-da prezident seçkilərinin keçiriləcəyi noyabr ayına qədər ləngitməyə çalışır.

Son xəbərlər

Orphus sistemi