Bu ölkələrdə instaqramın işində nasazlıq yaranıb

Bu ölkələrdə instaqramın işində nasazlıq yaranıb Dünyanın bir sıra ölkələrində istifadəçilər instaqram sosial şəbəkəsinin işində nasazlıqlardan şikayət edirlər
İKT
27 Mart , 2021 00:28
Bu ölkələrdə instaqramın işində nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində istifadəçilər instaqram sosial şəbəkəsinin işində nasazlıqlardan şikayət edirlər.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resursların fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

Sosial şəbəkənin işində nasazlıq təxminən Bakı vaxtı ilə saat 23:34-də yaranıb. İnstaqramdakı problemlər barədə əsasən ABŞ-dan olan istifadəçilər bildirirlər. Eyni zamanda Böyük Britaniya, Almaniya, Polşa, Rusiya və başqa ölkələrdə də instaqramda nasazlıqlar mövcuddur.

“Downdetector”un məlumatına görə, istifadəçilərin əksəriyyəti (71%) xəbər lentinin yüklənməsində problemlərdən şikayət edirlər, 15% istifadəçi avtorizasiyada nasazlıqlardan, 12% istifadəçi isə veb-saytın işindən gileylənir.

Bu, son günlər instaqramda yaranan növbəti nasazlıqdır. Martın 24-də də ABŞ-da və bir sıra başqa ölkələrdə instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunub. Nasazlıqdan şikayət edən Amerika istifadəçilərinin 62%-i xəbər lentinə daxil olmaq problemlərindən şikayət ediblər.

Son xəbərlər

Orphus sistemi