Bu ilin I yarısında qeyri-rezidentlər Azərbaycanda 32 elektron imza alıb

Bu ilin I yarısında qeyri-rezidentlər Azərbaycanda 32 elektron imza alıb Bu ilin I yarısında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) 20 376 ədəd elektron imza sertifikatını istifadəyə verib.
İKT
25 İyul , 2019 15:07
Bu ilin I yarısında qeyri-rezidentlər Azərbaycanda 32 elektron imza alıb

Bu ilin I yarısında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) 20 376 ədəd elektron imza sertifikatını istifadəyə verib. 

“Report” Nazirliyə istinadən xəbər verir ki, bunun 13 484-ü dövlət qurumlarına, 4 458-i hüquqi və fiziki şəxslərə, 2 402-si vətəndaşlara, 32-si isə qeyri-rezidentlərə məxsus olub. 

Ümumilikdə isə, MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən bu il iyulun 1-nə qədər 187 314 elektron imza sertifikatı əldə olunub. Onlardan 104 802-si dövlət qurumlarına, 46 034-ü hüquqi və fiziki (sahibkarlar) şəxslərə, 36 478-i vətəndaşlara təqdim edilib.

Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Son bir ildə dövlət qurumları 8 992 379, hüquqi və fiziki şəxslər 1 645 574, vətəndaşlar isə 37 340 olmaqla, ümumilikdə, 10 675 293 autentifikasiya və e-imza əməliyyatı aparıb. Təkcə 2019-cu ilin II rübündə aparılan əməliyyatların ümumi sayı 3 973 472 olub. Onlardan dövlət qurumlarının payına toplam olaraq 3 507 322, hüquqi və fiziki şəxslərin payına toplam 453 930, vətəndaşların payına isə toplam 12 220 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

Qeyd edək ki, e-imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Mövcud qanunvericiliyə əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur. 

Son xəbərlər

Orphus sistemi