Bakı. 17 yanvar. REPORT.AZ/ BMT-nin dəstəklədiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin Azərbaycandan Xəzər dənizinin şərq sahilinə keçməsi üçün Qazaxıstanla razılıq əldə olunub.
"Report"un verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Nazir qeyd edib ki, artıq bu ilin ikinci yarısında layihənin həyata keçirilməsi məqsədi ilə Qazaxıstanla müvafiq müqavilə imzalanacaq. Bundan sonra, artıq carı ilin sonuna kimi TASİM layihəsinin bu, yeni seqmenti üzrə işlərin həyata keçirilməsinə başlanacaq.