Bu il Azərbaycanda 1,8 milyard manatlıq rabitə xidməti göstərilib

Bu il Azərbaycanda 1,8 milyard manatlıq rabitə xidməti göstərilib
İKT
20 Noyabr , 2019 10:06
Bu il Azərbaycanda 1,8 milyard manatlıq rabitə xidməti göstərilib

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 776,4 milyon manatlıq xidmət göstərib. 

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin xidmətlərin 72,7%-i əhaliyə aid olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 10 ayı ərzində göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 16,1% artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7%-i qeyri-dövlət sektorunun payına düşüb.

Son xəbərlər

Orphus sistemi