Bu gün "iPhone" 10 illiyini qeyd edir

Bu gün "iPhone" 10 illiyini qeyd edir Sentyabrda "iPhone 7" seriyasının üç yeni modeli təqdim olunacaq
İKT
9 Yanvar , 2017 10:55
Bu gün iPhone 10 illiyini qeyd edir

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün “iPhone” smartfonlarının geniş ictimaiyyət üçün təqdim edilməsinin 10 ili tamam olur. Sözügedən smartfon seriyaları “Apple” şirkəti tərəfindən hazırlanır.

“Report”un xəbərinə görə, “iPhone” ilk dəfə 2007-ci il yanvarın 9-da “Macworld Expo” sərgisinin konfransında Stiv Cobs tərəfindən təqdim olunub. Smartfon satışa 2007-ci il iyunun 29-da çıxarılıb və ABŞ bazarının əhəmiyyətli hissəsini əldə edib.

Sözügedən şirkət bu il dünya bazarına yeni nəsil aparatlarla yanaşı, “iPhone”nun tamamilə yeni modellərini çıxarmağı planlaşdırır. İsveçrənin “Credit Suisse” holdinqinin ehtimallarına görə, “iPhone 7S” modelində “Apple” ənənəvi üslubunu qoruyacaq, “iPhone 8” modelinin imicini isə tamamilə dəyişdirəcək.

“Apple”ın bu il istehsal edəcəyi OLED panelli, müasir kamera və simsiz enerji yığma ilə təchiz olunan smartfonun şüşədən olacağı gözlənilir.

Bununla belə, “Credit Suisse”in proqnozlarına görə, sentyabr ayında “iPhone 7” seriyasının üç modelini təqdim edəcək “Apple”ın bu il smartfon bazarında payı arta bilər. Hazırda bazarda “Samsung” liderlik edir.

Son xəbərlər

Orphus sistemi