Braziliyada teleqramın fəaliyyətinə qadağa qoyulub

Braziliyada teleqramın fəaliyyətinə qadağa qoyulub Braziliya Ali Məhkəməsi ölkədə teleqram proqramının bloklanmasına qərar verib.
İKT
19 Mart , 2022 06:13
Braziliyada teleqramın fəaliyyətinə qadağa qoyulub

Braziliya Ali Məhkəməsi ölkədə teleqram proqramının bloklanmasına qərar verib.

"Report" xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzeti məlumat yayıb.

Sosial şəbəkə messencerinin bağlanmasına səbəb Braziliya qanunlarına məhəl qoymaması və ölkədə nümayəndə təyin etmədən fəaliyyət göstərməsidir.

Məhkəmə bütün internet provayderlərinə teleqramın işini bloklamağı əmr edib. Məhkəmənin qərarına əməl etmədiklərinə görə onları 100 min real (20 min ABŞ dolları) cərimə gözləyir.

Son xəbərlər

Orphus sistemi