Böyük Britaniya daha ucuz peyk naviqasiya sistemi əldə etmək niyyətindədir

Böyük Britaniya daha ucuz peyk naviqasiya sistemi əldə etmək niyyətindədir Böyük Britaniya 2018-ci ildən Avropa İttifaqının “Galileo” peyk naviqasiya sisteminə alternativ olaraq düşünülən 5 milyard funt dəyərindəki bir layihədən imtina edə bilər.
İKT
20 İyun , 2020 14:41
Böyük Britaniya daha ucuz peyk naviqasiya sistemi əldə etmək niyyətindədir

Böyük Britaniya 2018-ci ildən Avropa İttifaqının “Galileo” peyk naviqasiya sisteminə alternativ olaraq düşünülən 5 milyard funt dəyərindəki bir layihədən imtina edə bilər.

“Report” FT-yə istinadən xəbər verir ki, bunun əvəzində hökumət alçaq orbitlərdə fəaliyyət göstərən 76 ədəd peykə malik olan və hazırda müflisləşmiş “One Web”in infrastrukturunu işə salmağı düşünür.

Qeyd edək ki, Avropa İttifaqı üzvlüyündən çıxandan sonra daha ucuz peyk naviqasiyası sistemi əldə etmək istəyən Böyük Britaniya “Galileo” və GPS üçün rəqib olan, başqa tezliklə və daha alçaq orbitdə çalışan “One Web”ə maraq göstərir. Bu variant hökumətə vur-tut 1 milyard ABŞ dollarına başa gələ bilər. Bundan əvvəl müflisləşdiyini elan etmiş “One Web” şirkəti Böyük Britaniya hökumətindən dəstək gələrsə, fəaliyyətini Floridadan bu ölkəyə köçürməyi vəd edib. Adıçəkilən şirkətin peyklərini bundan sonra da işlətmək üçün 1,5 milyard ABŞ dolları dəyərində sərmayə yatırılmalıdır.

Son xəbərlər

Orphus sistemi