"Bloomberg": "Facebook" "WhatsApp" üçün kriptovalyuta hazırlayır

"Bloomberg": "Facebook" "WhatsApp" üçün kriptovalyuta hazırlayır Bakı. 21 dekabr. REPORT.AZ/ Facebook şirkəti WhatsApp istifadəçilərinə öz aralarında pul köçürmələrini həyata keçirməyə imkan verəcək kriptovalyutanın yaradılması imkanını nəzərdən keçirir.
İKT
21 Dekabr , 2018 18:54
Bloomberg: Facebook WhatsApp üçün kriptovalyuta hazırlayır

Bakı. 21 dekabr. REPORT.AZ/ "Facebook" şirkəti "WhatsApp" istifadəçilərinə öz aralarında pul köçürmələrini həyata keçirməyə imkan verəcək kriptovalyutanın yaradılması imkanını nəzərdən keçirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentlikdən bildiriblər ki, şirkət rəqəmsal valyuta növü olan və ABŞ dollarına bağlılığı nəzərdə tutan "stablecoin"un işlənib hazırlanması ilə məşğuldur. Qeyd olunub ki, bu, yeni kriptovalyutanın kursunun dəyişkənliyini azaltmağa imkan verəcək.

Agentliyin məlumatına görə, "Facebook" hələ rəqəmsal ödəniş vasitəsinin buraxılışından uzaqdır, çünki şirkətdə hələ də layihənin detalları üzərində işləyirlər.

Son xəbərlər

Orphus sistemi