Bitkoin 7 %-ə yaxın ucuzlaşıb

Bitkoin 7 %-ə yaxın ucuzlaşıb Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 45 min ABŞ dollarından aşağı düşüb.
İKT
20 Sentyabr , 2021 12:38
Bitkoin 7 %-ə yaxın ucuzlaşıb

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 45 min ABŞ dollarından aşağı düşüb.

“Report” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 6,5 % ucuzlaşaraq 44,9 ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 845,1 milyard dollar həddində qərarlaşıb.

Bazar dəyərinə görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 9,05 % azalaraq 3 124 dollar olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən “Solana”dır.

Kriptovalyuta bazarının toplam dəyəri 1,975 trilyon dollara düşüb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 11:43-ə olan məlumatları aşağıdakı kimidir.

Son xəbərlər

Orphus sistemi