Bəstəkar Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası buraxılıb

Bəstəkar Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası buraxılıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC görkəmli bəstəkar Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş poçt markası buraxıb.
İKT
26 Oktyabr , 2021 14:15
Bəstəkar Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC görkəmli bəstəkar Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş poçt markası buraxıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb.

Poçt markası 5 min tirajla Belarusun Bobruysk şəhərində çap olunub. Markanın müəllifi rəssam Vüqar Əyyubovdur. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

Son xəbərlər

Orphus sistemi