Belarusda “Müalicəvi Naftalan nefti” mövzusunda poçt markaları hazırlanıb

Belarusda “Müalicəvi Naftalan nefti” mövzusunda poçt markaları hazırlanıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən "Müalicəvi Naftalan nefti" mövzusuna həsr edilən poçt markaları bloku dövriyyəyə buraxılıb.
İKT
30 Avqust , 2021 12:46
Belarusda “Müalicəvi Naftalan nefti” mövzusunda poçt markaları hazırlanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən "Müalicəvi Naftalan nefti" mövzusuna həsr edilən poçt markaları bloku dövriyyəyə buraxılıb.

Bu barədə "Report" nazirliyə istinadən xəbər verir.

Buraxılış 1 markadan ibarət poçt bloku şəklində hazırlanıb. Markanın ölçüsü 40,3x40,3 mm, vərəqin ölçüsü 52x69 millimetrdir. Poçt bloku 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Poçt markasının müəllifi rəssam Orxan Qarayevdir.

Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Son xəbərlər

Orphus sistemi