“Barama Hackathon 2017” layihəsinə qeydiyyat başlayıb

“Barama Hackathon 2017” layihəsinə qeydiyyat başlayıb Developerlər mobil telefonların xüsusiyyətlərindən istifadə edərək yeni mobil tətbiq yaratmalıdırlar
İKT
2014
7 Aprel , 2017 16:25
“Barama Hackathon 2017” layihəsinə qeydiyyat başlayıb
Report

Bakı. 7 aprel. REPORT.AZ/ "Azercell Telekom" MMC və "PAŞA Bank"ın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2017” layihəsinə start verilib. 

"Azərcell"dən "Report"a verilən məlumata görə, müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı “Hackhaton”lar bütün dünyada adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Developerlərə təqdim olunan budəfəki mövzu mobil telefonların xüsusiyyətlərindən istifadə edərək yeni mobil tətbiqin yaradılmasıdır.

Aprelin 22-də saat 09:00-da start verilən yarış 36 saat davam edəcək və aprelin 23-də saat 21:00-də dayandırılacaq. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər aprelin 25-də münsiflər heyətinə təqdim olunacaq və ilk üç yerin qalibləri "Azercell" və "PAŞA Bank" tərəfdən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Layihədə iştirak etmək istəyən proqramçılar hackathon.barama.az saytında qeydiyyat formasını doldurmalıdırlar. “Barama Hackathon 2017”də qələbə uğrunda 10 komanda mübarizə aparacaq. Qeydiyyat üçün sonuncu gün aprelin 18-dir.

Qeyd edək ki, layihə çərçivəsində komandaları qida ilə “Özsüt” restoranlar şəbəkəsi təmin edəcək. Tədbirin media dəstəyi isə technote.az portalına məxsusdur.

Xatırladaq ki, ötən il Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə “Barama Hackathon 2016” keçirilib. Layihənin əsas məqsədi ölkədə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaqdır. 

Son xəbərlər

Orphus sistemi