​"Bank VTB (Azərbaycan)" açıq tender keçirir

​"Bank VTB (Azərbaycan)" açıq tender keçirir Müsabiqə "Microsoft" lisenziyalarının alınması üçün təşkil olunub
İKT
13 Dekabr , 2014 12:10

Bakı. 13 dekabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC "Microsoft" lisenziyalarının satın alınması məqsədi ilə açıq tender elan edib.

Bankdan "Report"a verilən məlumata görə, tenderin şərtləri ilə Bankın Bakı şəhəri, Xətai prospekti,38 ("Messenat Plaza") ünvanında yerləşən baş ofisində tanış olmaq mümkündür.

Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (kontragent fərdi sahibkar olduqda - imzalanmış) və 2014-cü il dekabrın 19-da 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) "Bank VTB (Azərbaycan)"ın baş ofisinə təqdim edilməlidir.

Qeyd edək ki, Bankın keçirdiyi tenderlə bağlı bütün sualları əlaqələndirici şəxs - Rüfət Sultanova ünvanlamaq olar. Əlaqə kontaktları: telefon - (012) 492 00 80 (daxili - 1252), faks - (012) 437 71 21, mob. - (050) 286-00-87.

Son xəbərlər

Orphus sistemi