"Bank VTB (Azerbaijan)" yeni proqram təminatı alır

"Bank VTB (Azerbaijan)" yeni proqram təminatı alır Bakı. 8 noyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan) ASC “Symantec Endpoint Protection” proqram təminatı lisenziyasının, 1 illik “Cisco SMARTnet” və 1 illik “HP 4 hour 24x7 Proactive Care SVC”-nin alınması ilə əlaqədar 3 tender elan edib.
İKT
8 Noyabr , 2017 16:51
Bank VTB (Azerbaijan) yeni proqram təminatı alır

Bakı. 8 noyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan) ASC “Symantec Endpoint Protection” proqram təminatı lisenziyasının, 1 illik “Cisco SMARTnet” və 1 illik “HP 4 hour 24x7 Proactive Care SVC”-nin alınması ilə əlaqədar 3 tender elan edib.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, tender sənədləri ilə Bankın Xətai prospekti, 38 ("Messenat Plaza") ünvanında yerləşən baş ofisində tanış olmaq mümkündür.

Tender təklifləri 22 noyabr 2017-ci il saat 16:00-dan gec olmayaraq Bankın baş ofisinə təqdim edilməlidir (əlaqələndirici şəxs - Elşən Mahmudov; tel.: (012) 492 00 80 (daxili - 1233); mob.: (055) 212 03 31).

Son xəbərlər

Orphus sistemi