“Bakutel-2017” sərgisi çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçiriləcək

“Bakutel-2017” sərgisi çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçiriləcək Bakı. 30 noyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və ADA Universiteti ilə birgə XXIII “Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçirəcək. 
İKT
30 Noyabr , 2017 17:40
“Bakutel-2017” sərgisi çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçiriləcək

Bakı. 30 noyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və ADA Universiteti ilə birgə XXIII “Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçirəcək. 

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, forum dekabrın 7-də “İnnovasiya və Tərəqqinin Açarı İnternet” devizi altında təşkil olunacaq. Əsas məqsəd innovativ, rəqabət qabiliyyətli iqtisadiyyatın inkişafının stimullaşdırılması, elektron iştirak və Açıq Hökumət üzrə Azərbaycanın potensialının artırılmasına töhfə verməkdir. Eyni zamanda İKT sektorunun yerli təmsilçilərini beynəlxalq mütəxəssislərlə görüşdürmək, təcrübə mübadiləsi və birgə səmərəli əməkdaşlığı təşviq etməkdir.

Tədbirdə müxtəlif ölkələrdən hökumət, biznes, elm və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcək. İnternetlə bağlı aktual məsələlər və perspektivlər müzakirə ediləcək.

“V Regional İnternet İdarəçilik Forumu Azərbaycan”da (RİFAZ 2017) iştirak etmək üçün http://www.rigf.az saytında qeydiyyatdan keçmək lazımdır.

Son xəbərlər

Orphus sistemi