“Baktelecom” paytaxtda yeni nəsil simsiz texnologiyaların tətbiqinə başlayıb

“Baktelecom” paytaxtda yeni nəsil simsiz texnologiyaların tətbiqinə başlayıb Bakı. 25 yanvar. REPORT.AZ/ “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi və xidmət çeşidinin genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir. 
İKT
25 yanvar 2018 12:53
“Baktelecom” paytaxtda yeni nəsil simsiz texnologiyaların tətbiqinə başlayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi və xidmət çeşidinin genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir. 

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Baktelecom” tərəfindən son nəsil simsiz rabitə (LTE) texnologiyasının tətbiqi zəif infrastrukturlu ərazilərdə telekommunikasiya xidmətlərinin təmin edilməsinə imkan yaradır: “Belə ki, 100 mb/s məlumatötürmə sürətinə malik olan LTE ən perspektivli simsiz texnologiyalardan biri hesab olunur. Artıq Bakının 2 ərazisində bu texnologiya pilot layihə şəklində həyata keçirilir. Paytaxtətrafı kənd və yaşayış massivlərində də yeni stansiyalar qurulur. Beləliklə, cari ilin mart ayından rabitə infrastrukturunun məhdud olduğu ərazilərin sakinləri internet və digər rabitə xidmətləri ilə təmin olunacaqlar”.

Qurumun həyata keçirdiyi digər layihə istifadəçiləri yüksəksürətli internetlə təmin etmək imkanı yaradan GPON texnologiyasının tətbiqidir. “Baktelecom” genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək məqsədilə bu texnologiya ilə 30 minə yaxın mənzildə müvafiq infrastruktur yaradıb, 5 minə yaxın mənzil isə GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub. 

Son xəbərlər

Orphus sistemi