Bakıda yeni xidmətlər göstərən poçt mərkəzi açılıb

Bakıda yeni xidmətlər göstərən poçt mərkəzi açılıb "Şəbəkə" xidmət mərkəzləri istifadəyə verilib
İKT
250
10 Fevral , 2017 13:57
Bakıda yeni xidmətlər göstərən poçt mərkəzi açılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gündən Bakıda fəaliyyətə başlayan "Şəbəkə" xidmət mərkəzləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və onun qurumlarının bütün xidmətlərini bir mərkəzdə icra edəcək.

"Report"un məlumatına görə, bu barədə RYTN-nin "Şəbəkə" xidmətinin koordinatoru Ceyhun Əliyev danışıb.

C.Əliyev bildirib ki, bununla da mərkəzin fəaliyyət göstərdiyi ərazidə artıq poçt şöbələri işləməyəcək və onların işçi heyəti "Şəbəkə"də çalışacaq.

Qeyd edək ki, "Şəbəkə"nin Bakıda 10-a yaxın ofisinin açılması və növbəti illərdə respublikanın bölgələrində də bu mərkəzlərin fəaliyyət göstərməsi planlaşdırılır. İlkin plana görə, mərkəzlər Bakıda Binəqədi, Yasamal, Xəzər rayonu ərazisində nəzərdə tutulub.

"Vətəndaşlar bir mərkəzdə rabitə, eləcə də rabitə ilə bağlı bütün xidmətlər də daxil olmaqla, ümumilikdə, 100-dən artıq xidmət növündən yararlana biləcəklər. Belə ki, mərkəzlərdə mobil operatorların SİM-kartlar və aviabiletlərin satışı (AZAL, "Silkway", digər aviaşirkətlər), valyutadəyişmə və s.  xidmətlər də olacaq. Hər bir şəxs rabitə və ya digər maliyyə xidmətləri ilə bağlı "Şəbəkə"lərə müraciət edə biləcəklər. Bunun üçün əvvəlki kimi ATS-lərə getməyə ehtiyac qalmayacaq", - C.Əliyev deyib.  

Son xəbərlər

Orphus sistemi