Bakıda "Kibertəhlükəsizlik konfransı" keçiriləcək

Bakıda "Kibertəhlükəsizlik konfransı" keçiriləcək Bu il martın 2-də II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi çərçivəsində Bakıda Kibertəhlükəsizlik konfransı keçiriləcək.
İKT
27 Fevral , 2020 09:46
Bakıda Kibertəhlükəsizlik konfransı keçiriləcək

Bu il martın 2-də II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi" çərçivəsində Bakıda "Kibertəhlükəsizlik konfransı" keçiriləcək.

“Report” bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinləniləcək.

“Kibertəhlükəsizlik konfransı" sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunu oynayacaq.

Qeyd edək ki, konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdiriləcəyi “Cyber Village” sərgisi də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi