“Bakı Telefon Rabitəsi” ötən ilin ilkin maliyyə nəticələrini açıqlayıb

“Bakı Telefon Rabitəsi” ötən ilin ilkin maliyyə nəticələrini açıqlayıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) 2019-cu ildə 69,667 milyon manat gəlir əldə edib.
İKT
26 May , 2020 12:49
“Bakı Telefon Rabitəsi” ötən ilin ilkin maliyyə nəticələrini açıqlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) 2019-cu ildə 69,667 milyon manat gəlir əldə edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bunun 68,869 milyon manatı əsas, 798 min manatı isə sair əməliyyat gəliridir.

Ötən il qurumun xərcləri isə 51,593 milyon manat, o cümlədən istifadə etdiyi materialların dəyəri 2,052 milyon manat, işçi heyəti üzrə xərcləri 20,268 milyon manat, amortizasiya xərcləri 8,648 milyon manat, digər əməliyyat xərcləri 5,089 milyon manat, sair əməliyyat xərcləri 15,403 milyon manat, maliyyə xərcləri isə 133 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi