“Bakı Telefon Rabitəsi”nin xalis mənfəəti 56% azalıb

“Bakı Telefon Rabitəsi”nin xalis mənfəəti 56% azalıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 116,093 mln. manat təşkil edib.
İKT
7 İyun , 2019 11:10
“Bakı Telefon Rabitəsi”nin xalis mənfəəti 56% azalıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 116,093 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,6% çoxdur.

Hesabat dövründə “Bakı Telefon Rabitəsi”nin cəmi kapitalı 1,1% artaraq 86,993 mln. manat, o cümlədən nizamnamə kapitalı 0,7% azalaraq 41,279 mln. manat, cəmi öhdəlikləri isə 11,8% artaraq 29,1 mln. manat olub. 

2018-ci ildə şirkətin göstərdiyi xidmətlərdən gəliri 69,698 mln. manat (2017-ci ilə nisbətən 2,7% çox), xidmətlərinin maya dəyəri 38,055 mln. manat (7,7% çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 25,912 mln. manat (14,3% az), digər əməliyyat gəlirləri 1,025 mln. manat (92,5% az), maliyyə xərcləri 664 min manat (60% çox) təşkil edib. Son nəticədə ötən il rabitə müəssisəsinin vergiöncəsi mənfəəti 6,092 mln. manat (60,95% az) olub.

2018-ci ildə “Bakı Telefon Rabitəsi” 2017-ci illə müqayisədə 70% çox – 1,606 mln. manat mənfəət vergisi ödəyib və ili 4,486 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 56,2% azdır. 

Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında 2017-ci ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi