"Bakı Telefon Rabitəsi" 760 min manatlıq modem alır

"Bakı Telefon Rabitəsi" 760 min manatlıq modem alır "Bakı Telefon Rabitəsi" MMC LTE modemlərin (3000 ədəd) satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
İKT
17 Avqust , 2020 17:05
Bakı Telefon Rabitəsi 760 min manatlıq modem alır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC 3 min ədəd LTE markalı modemin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Mark Keytrinq" MMC-dir.

Qalib şirkətə 760,2 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi