"Bakı Taksi Xidməti" dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərə bilər

"Bakı Taksi Xidməti" dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərə bilər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlliyinə məxsus, "London Taxi TX4" markalı minik avtomobilləri ilə xidmət göstərən "Bakı Taksi Xidmət" MMC-nin dövlət-özəl tərəfdaşlığı çərçivəsində nümunəvi fəaliyyəti üçün işlər aparılır.
İKT
27 Yanvar , 2022 11:10
Bakı Taksi Xidməti dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərə bilər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlliyinə məxsus, "London Taxi TX4" markalı minik avtomobilləri ilə xidmət göstərən "Bakı Taksi Xidmət" MMC-nin dövlət-özəl tərəfdaşlığı çərçivəsində nümunəvi fəaliyyəti üçün işlər aparılır.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova bildirib.

"Taksi xidməti sahəsində özəl şirkətlərinin səmərəli fəaliyyətini nəzərə alaraq şəhərimizin simvollarından birinə çevrilən, dövlətə məxsus təsərrüfat subyekti olan “Bakı Taksi Xidməti”nin şəffaflaşdırılması, rentabelliyinin artırılması və dövlət əmlakından səmərəli istifadənin yüksəldilməsi məqsədilə ilə dövlət-özəl əməkdaşlığı layihəsinə başlamışıq. "Bakı Taksi Xidmətin"in infrastrukturu və avtomobil parkına özəl investisiyaların cəlb edilməsi vasitəsilə kadrların və "call center" xidmətinin səviyyəsinin artırılması, xidmətin ən nümunəvi taksi xidmətlərindən birinə çevrilməsi bu əməkdaşlıqda əsas hədəfimizdir", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi