"Bakcell" tezliklə "099" operator kodunu istifadəyə verəcək

"Bakcell" tezliklə "099" operator kodunu istifadəyə verəcək Tezliklə Azərbaycanın mobil rabitə operatoru Bakcell 099 operator kodunu istifadəyə verəcək.
İKT
14 Noyabr , 2019 12:48
Bakcell tezliklə 099 operator kodunu istifadəyə verəcək

Tezliklə Azərbaycanın mobil rabitə operatoru "Bakcell" 099 operator kodunu istifadəyə verəcək. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə "Bakcell"in baş icraçı direktoru Rayner Ratgeber deyib: "Amma konkret vaxt bildirə bilmərəm".

Xatırladaq ki, “Bakcell” artıq iki operator koduna (055099) malikdir.

R. Ratgeber Azərbaycanda göstərilən internet xidmətinin keyfiyyətindən danışarkən bildirdi ki: "Mən almanam. Burdakı internetin keyfiyyəti və tariflərinə baxdıqda Almaniya üçün ağlamağım gəlir. Burda internet sürətlidir. Qiyməti də ucuzdur. Mən Almaniyada istifadə etdiyim nömrəmdə 2GB internetə görə 10 avro verirəm. Oğlum isə Kanadada bu xidmətə görə 30 dollar ödəyir. Amma keyfiyyət də o qədər yüksək deyil".

Son xəbərlər

Orphus sistemi