"​Bakcell" şirkətinin “Smart Start” təcrübə proqramı başa çatıb

"​Bakcell" şirkətinin “Smart Start” təcrübə proqramı başa çatıb “Smart Start” proqramının bütün məzunları "Bakcell"də açılan iş yerlərinə potensial namizəd hesab olunurlar
İKT
7 Sentyabr , 2015 18:51
​Bakcell şirkətinin “Smart Start” təcrübə proqramı başa çatıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətində “Smart Start” təcrübə proqramı çərçivəsində təcrübə keçən gənclər proqramı başa vurublar.

Şirkətdən “Report”a verilən məlumata görə, “Bakcell”in 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi “Smart Start” təcrübə proqramı çərçivəsində 32 nəfər gənc insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakəndə satış və distribusiya şöbələrində təcrübə keçərək, peşəkar iş karyerasına başlamaq üçün faydalı olan bilik və bacarıqlara yiyələniblər.

İki aylıq proqram ərzində gənclər qeyri-neft sektorunun ən böyük investorlarından olan "Bakcell" şirkətində çalışaraq ən müasir biznes mühiti ilə tanış olublar. Təcrübə proqramının başlanğıc mərhələsində iştirakçılar praktiki biliklərini və işə hazırlıq bacarıqlarını artırmaq üçün təşkil olunan biznes etikası, karyera inkişafının planlaşdırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə və təcrübəçilərin gələcək peşəkar fəaliyyətlərində zəruri olan müxtəlif təynatlı təlimlərdə iştirak ediblər.

“Smart Start” proqramında təcrübə müddəti iki ay olmaqla həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə iki ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar.

Qeyd edək ki, “Smart Start” proqramının bütün məzunları "Bakcell" şirkətində açılan iş yerlərinə potensial namizəd hesab olunurlar. Ötən il təcrübə proqramını müvəffəqiyyətlə başa vuran gənclərdən 5 nəfər artıq "Bakcell" şirkəti tərəfindən işlə təmin olunub. Proqramın builki məzunlarından da bir neçəsinin işlə təmin olunması gözlənilir. 

Son xəbərlər

Orphus sistemi