"Bakcell" şəbəkəsi Şuşada!

"Bakcell" şəbəkəsi Şuşada! "Bakcell" mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişləndi.
İKT
103
10 İyun , 2021 17:00
Bakcell şəbəkəsi Şuşada!

"Bakcell" mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişləndi.

İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərində daha bir addım: "Bakcell" şirkətinin texniki personalı Qarabağda şəbəkənin qurulmasını davam etdirir və "Bakcell" şəbəkəsi artıq Şuşa şəhərini də əhatə edir.

“Bakcell”in 2G, 3G və 4G baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə də quraşdırılıb. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək.

Qeyd edək ki, Bakcell şəbəkəsi müstəqil mobil bençmarkinq təşkilatları tərəfindən 3 il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adlandırılıb.

Son xəbərlər

Orphus sistemi