Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti yeni Klass tariflərini istifadəyə verib. Şirkətdən “Report”a bildirilib ki, “Bakcell” mobil internet trafikinin həcmini artırıb.
Bununla yanaşı, abunəçilər təqdim olunan beş yeni tarif sayəsində səs xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət etmək və ünsiyyət qurmaq üçün əlavə imkanlar əldə edəcəklər. Eyni zamanda, yeni tariflərə qoşulan bütün abunəçilər Whatsapp tətbiqinə pulsuz qoşulmaq imkanına da malik olacaqlar.
Beş sərfəli Klass tarifinin hər birinin üstünlükləri aşağıdakı cədvəldə göstərilib:
Aylıq abunə haqqı | Pulsuz danışıq dəqiqələri, SMS və mobil internet | |||||
Ölkədaxili danışıq dəqiqələri | Ölkədaxili SMS | Ölkədaxili internet | Beynəlxalq zənglər | Rouminq Səs (daxil olan) | Pulsuz Whatsapp | |
5 AZN | 100 | 200 MB | 30 gün | |||
10 AZN | 250 | 750 MB | 30 gün | |||
25 AZN | 750 | 750 | 1500 MB | 30 gün | ||
45 AZN | 1500 | 1500 | 5000 MB | 50 | 50 | 30 gün |
75 AZN | Limitsiz | Limitsiz | Limitsiz | 100 | 100 | 30 gün |
“Biz öz müştərilərimizin sadiqliyini həmişə yüksək qiymətləndirir və yeni məhsullar yaradarkən daim onların maraqlarını nəzərə almağa çalışmışıq ki, onların gözləntilərini doğrulda bilək. Müştəri davranışı göstəricilərinin müşahidəsi göstərir ki, data xidmətlərinə olan tələbat getdikcə artmaqdadır. Bu faktı nəzərə alaraq, biz eyni aylıq ödənişin müqabilində 3 dəfə artıq internet trafikini təqdim etməyə qərar verdik. Müştərilərimiz üçün daha bir xoş xəbər Whatsapp tətbiqinə pulsuz mobil çıxış imkanıdır. Artıq hər bir Klass abunəçisi ödədiyi aylıq tarif haqqından asılı olmayaraq mobil internet üçün pul ödəməyərək Whatsapp üzərindən ünsiyyətdə olmaq imkanına malik olacaq”, - deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Maria Toyçeva bildirib.





