“Bakcell”in xalis mənfəəti 42 % artıb

“Bakcell”in xalis mənfəəti 42 % artıb "Bakcell" MMC 2019-cu ildə 45,89 milyon manat xalis mənfəət əldə edib.
İKT
30 Yanvar , 2021 16:31
“Bakcell”in xalis mənfəəti 42 % artıb

"Bakcell" MMC 2019-cu ildə 45,89 milyon manat xalis mənfəət əldə edib.

"Report" şirkətə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 42,4 % çoxdur.

2019-cu ildə "Bakcell" ümumi gəlirləri 363,359 milyon manat olub ki, bu da 2018-ci ilə nisbətən 8 % çoxdur. Ümumi gəlirlərin 349,72 milyon manatı əsas gəlirlərin, 13,639 milyon manatı isə digər gəlirlərin payına düşüb. Bunlar isə müvafiq olaraq 5,2 % və 8,1 dəfə artım deməkdir.

Hesabat dövründə “Bakcell”in ümumi xərcləri isə 317,469 milyon manat təşkil edib. Bu da illik müqayisədə 5,1 % çoxdur.

2019-cu ildə mobil operator əməliyyat xərclərinə 228,477 milyon manat (2018-ci illə müqayisədə 9,6 % çox), əməkhaqqı, sosial müdafiə və imtiyazlara 59,195 milyon manat (7,6 % çox), kapital təchizatçılarına 14,208 milyon manat (18,1 % çox), investisiya qoyuluşuna 4,661 milyon manat (9,65 % çox), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ödənişlərə 2,297 milyon manat (24,2 % çox) yönəldib, 16,407 milyon manat (10,7 % az) vergi ödəyib, 7,776 milyon manat verginin ödənilməsini isə təxirə salıb (əvvəlki il təxirəsalma olmayıb).

Xatırladaq ki, "Bakcell" 1996-cı ildə yaradılıb, Azərbaycanın ilk mobil operatorudur. Onun nizamnamə kapitalı 9,908 milyon manatdır. Şirkətin təsisçisi daxil olduğu "Neqsol Holdinq" MMC-dir.

Son xəbərlər

Orphus sistemi