“Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsidir

“Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsidir "Bakcell" növbəti dəfə Azərbaycanın “Ən sürətli mobil şəbəkəsi”* kimi tanınıb. Bu mükafat mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan Ookla® şirkətinin müstə
İKT
25 İyul , 2022 15:32
“Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsidir

"Bakcell" növbəti dəfə Azərbaycanın “Ən sürətli mobil şəbəkəsi”* kimi tanınıb. Bu mükafat mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan "Ookla" şirkətinin müstəqil təhlili nəticəsində verilib.

Mükafat dövründə "Ookla" Azərbaycanda ən sürətli mobil şəbəkəni müəyyən etmək üçün 2022-ci ilin I və II rübü ərzində ölkənin mobil rabitə istifaçiləri tərəfindən "Speedtest iOS" və "Android" mobil tətbiqetmələri vasitəsilə keçirilmiş 71 mindən çox testi müqayisə edib. Nəticədə "Bakcell"in mobil şəbəkəsi bu ilin I və II rübü üzrə ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib.

“Ookla tərəfindən təqdim edilən “Speedtest mükafatı” müstəsna internet sürəti və əhatə dairəsini təmin edən seçilmiş şəbəkə operatorları üçün nəzərdə tutulub. “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” mükafatını Bakcell şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2022-ci ilin I və II rübləri ərzində göstərdiyi misilsiz nəticələrin təsdiqidir. Nəticələr abunəçilər tərəfindən “Speedtest” proqramı vasitəsilə edilən sınaqların ətraflı təhlili vasitəsilə əldə olunub”, deyə "Ookla" şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.

"Ookla" şirkəti 2018, 2019-cu və 2021-ci ildə "Bakcell" şəbəkəsini Azərbaycanın “Ən sürətli mobil şəbəkəsi” adlandırıb.

"Bakcell" Azərbaycanda "eSIM" və "VoLTE" texnologiyalarını tətbiq edən ilk mobil operatordur.

Son xəbərlər

Orphus sistemi