"Bakcell" Azərbaycanda ilk dəfə metroda 4G xidmətini istifadəyə verib

"Bakcell" Azərbaycanda ilk dəfə metroda 4G xidmətini istifadəyə verib Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti Bakı şəhərinin bütün metro stansiyalarında özünün ultra-sürətli 4G LTE mobil internet xidmətini istifadəyə verib.
İKT
17 Yanvar , 2018 13:04
Bakcell Azərbaycanda ilk dəfə metroda 4G xidmətini istifadəyə verib

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti Bakı şəhərinin bütün metro stansiyalarında özünün ultra-sürətli 4G LTE mobil internet xidmətini istifadəyə verib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

“Bakcell”in LTE şəbəkəsi hazırda Bakı metrosunun 21 stansiyasında (təmirdə olan “Sahil” stansiyası istisna olmaqla) mövcuddur. "Bakcell" şirkətinin tətbiq etdiyi  “LTE Advanced” texnologiyası sayəsində operatorun abunəçiləri artıq hətta metroda belə saniyədə 225 Mbit-ə çatan sürətin imkanlarından yararlana biləcəklər. Qeyd edək ki, bu xidmətin hazırda yalnız metro stansiyalarının platformalarında istifadəsi mümkündür.

“Abunəçilərimiz artıq platrofmalarda qatarı gözləyəndə belə bizim ultra-sürətli mobil internet şəbəkəmizdən yararlanmaq imkanı qazanıblar. Bu bizim üçün böyük nailiyyətdir və əminik ki, bu sahədə gördüyümüz işlər daim mobil olmaq və bütün məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək”, - "Bakcell"in baş icraçı direktoru Nikolay Bekers bildirib.

Son xəbərlər

Orphus sistemi