"Bakcell" abunəçilərinə xüsusi "​iPhone" paketini təqdim edib

"Bakcell" abunəçilərinə xüsusi "​iPhone" paketini təqdim edib “Instagram”dan istifadə etmək üçün əsas internet paketinin həcminə bərabər olan həcmdə pulsuz trafik verilir
İKT
13 May , 2016 12:37
Bakcell abunəçilərinə xüsusi ​iPhone paketini təqdim edib

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti "iPhone" istifadəçiləri üçün pulsuz "Instagram" xidmətini istifadəyə verib.

Şirkətdən “Report”a bidlirilib ki, indi "iPhone" mobil telefonlarına sahib olan bütün “Bakcell” abunəçiləri xüsusi sərfəli "iPhone" paketləri daxilində "Instagram" xidmətindən pulsuz istifadə etmək imkanı qazanacaqlar. Yeni "iPhone" paketləri əsas internet paketindən və abunəçilərin öz "iPhone" mobil telefonlarında istifadə edə biləcəyi xüsusi bonusdan ibarətdir.

"Bakcell" şəbəkəsində "iPhone" istifadəçilərinin sayı çoxdur və onların əksəriyyəti fəal "Instagram" istifadəçiləridir. Biz inanırıq ki, indi hər bir "iPhone" istifadəçisi təqdim edilən bu internet paketlərindən özünə ən çox uyğun olanını seçə biləcək”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

"iPhone" istifadəçilərinin yararlana biləcəyi yeni paketlər, üstünlüklər və aktivləşdirmə kodları cədvəldə göstərilib:

"iPhone" paket Qiymət (ƏDV ilə)   Aktivləşdirmə kodu
1GB + 1GB Instagram    6 AZN *134*11# və ya “11” yazıb 5934 nömrəsinə SMS
2GB + 2GB Instagram 8 AZN *134*22# və ya “22” yazıb 5934 nömrəsinə SMS
3GB + 3GB Instagram 10 AZN *134*33# və ya “33” yazıb 5934 nömrəsinə SMS
5GB + 5GB Instagram 12 AZN *134*55# və ya “55” yazıb 5934 nömrəsinə SMS

Son xəbərlər

Orphus sistemi