"Bakcell" ödəniş sistemi yaradır

"Bakcell" ödəniş sistemi yaradır Bakı. 21 dekabr. REPORT.AZ/ Bakcell MMC yaxın gələcəkdə ödəniş sistemini istifadəyə verəcək.
İKT
21 Dekabr , 2018 16:44
Bakcell ödəniş sistemi yaradır

Bakı. 21 dekabr. REPORT.AZ/ "Bakcell" MMC yaxın gələcəkdə ödəniş sistemini istifadəyə verəcək". 

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən təlimdə şirkətin Əlavə dəyər xidmətləri üzrə şöbəsinin müdiri Fərəh Allahverdiyeva deyib.

Onun sözlərinə görə, söhbət "Bakcell"in yaratdığı elektron pul kisəsindən gedir: "Bunun vasitəsi ilə kommunal xidmətlərin haqqının ödənilməsi, pul köçürmələri və s. maliyyə xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulub. Gələcəkdə isə bu sistem vasitəsi ilə metro və avtobuslarda gediş haqqını ödəmək mümkün olacaq".

"Bakcell" rəsmisi yeniliyin tətbiqi üçün ölkənin iri banklarından biri ilə əməkdaşlığa başladıqlarını bildirsə də, həmin bankın adını açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi