ASC-dən "Repot"a verilən məlumata görə, smartfon və android tipli mobil qurğu istifadəçiləri üçün xüsusi mobil həll (application) istifadəyə verilib. Belə ki, bu proqramı mobil telefona yükləməklə müştərilər ödəmələrini həyata keçirə bilər, həmçinin, elektron müraciətdən yararlana bilərlər.
Qeyd edək ki , proqram üç dildə (Azərbaycan, rus və ingilis) istifadəyə verilib. “BesMobile” proqramını “PlayStore”dan ödənişsiz yükləmək olar.