Bakıda Regional Rabitə Birliyinin iclası keçirilir

Bakıda Regional Rabitə Birliyinin iclası keçirilir Azərbaycanda Milli Nüvə Tədqiqatlar Mərkəzinin yaradılması istiqamətində iş aparılır
İKT
26 Avqust , 2014 16:43
Bakıda Regional Rabitə Birliyinin iclası keçirilir

26 avqust.REPORT.AZ/ Bu gün Bakıda Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq əlaqələndirilməsi üzrə Komissiyasının 29-cu iclası işə başlayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, tədbiri Rusiya kütləvi kommunikasiyalar və rabitə nazirinin müavini, Komissiyanın sədri Rəşid İsmayılov açıq elan edib.

"Bugünkü tədbir çərçivəsində beynəlxalq əməkdaşlıqla bağlı qərarlar, Beynəlxalq Rabitə İttifaqının (ITU) 2018-ci ildə keçiriləcək Rabitənin inkişafı üzrə Ümumdünya Konfrasının təşkili ilə bağlı hazırlıq işləri, 2014-cü ildə keçiriləcək ITU-nun Səlahiyətli Konfransına hazırlıq tədbirləri, RRB ilə regional təşkilatlar arasında İKT və rabitə sahəsində əməkdaşlıq proqramının layihəsi müzakirə ediləcək", - deyə nazir müavini qeyd edib.

Tədbirin rəsmi açılışında çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bu tədbirin RRB ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

"Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektoru neçə illərdir ki, prioritet inkişaf sahəsi olaraq qalır və intensiv inkişaf edir. Bu il Nazirliyin adı dəyişib və səlahiyyətləri daha da genişlənib. Artıq Nazirliyin nəzdində Milli Nüvə Tədqiqatlar Mərkəzinin yaradılması istiqamətində işlər, nanotexnologiyalar sahəsində araşdırmalar aparılır. Eyni zamanda, innovasiyaların təşviq edilməsi üçün İnformasiya Texnologiyaların İnkişafı Dövləti Fondu fəaliyyət göstərir və bir sıra digər mühüm layihələr həyata keçirilir", - deyə nazir müavini qeyd edib.

Son xəbərlər

Orphus sistemi