"Azərkosmos"dan "Report"a verilən məlumata əsasən, hazırda "Azerspace-1" üzərindən 11046-H (EU) tezliyində Türkiyənin "Kanal D", "Star TV", "TV 8", "ATV", "Show TV" kanalları yayımlanır.
Qeyd edək ki, hazırda "Azerspace-1" üzərindən yerli "Azərkosmos" və "Teleradio" yayım paketləri ilə yanaşı, "İveriaSat", "UkrKosmos", "Əfqan", "USA" yayım paketləri vasitəsi ilə 126 telekanal yayımlanır.