Azərbaycanda verilən elektron imza sertifikatlarının sayı 24 mini ötüb

Azərbaycanda verilən elektron imza sertifikatlarının sayı 24 mini ötüb Sentyabrda verilən sertifikatların sayı avqustla müqayisədə 1 600 ədəd çox olub
İKT
2 Oktyabr , 2014 12:39
Azərbaycanda verilən elektron imza sertifikatlarının sayı 24 mini ötüb
Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanda indiyədək istifadəyə verilən elektron imza sertifikatlarının ümumi sayı 24 mini ötüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) "Report"a verilən məlumata görə, cari ilin sentyabr ayına olan statistikaya əsasən, bu günə qədər dövlət qurumlarına 15 310 e-imza sertifikatı, fiziki şəxslərə 5 493 e-imza sertifikatı, hüquqi şəxslərə isə 3 583 e-imza sertifikatı hazırlanaraq təhvil verilib.

Ümumilikdə, 24 386 e-imza sertifikatı təhvil verilib və sentyabr ayı ərzində verilən sertifikatların sayı avqust ayı ilə müqayisədə təxminən 1 600 ədəd çox olub.

Nazirlikdən qeyd ediblər ki, paytaxtdan kənar regionlarda da e-imza kartından istifadə xeyli artıb. 

Son xəbərlər

Orphus sistemi