​Azərbaycanda rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi 11% artıb

​Azərbaycanda rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi 11% artıb Hesabat dövründə rabitə sahəsində əsas kapitala yatırım 21% azalıb
İKT
17 Sentyabr , 2014 16:15
​Azərbaycanda rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi 11% artıb

Bakı. 17 sentyabr.REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-avqust ayları ərzində informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara ümumildə 988,9 mln. manatlıq xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata əsasən, 2013-cü ilin eyni dövrünə nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 10,5% artıb. Xidmətlərin 72,6%-i əhaliyə göstərilib və əldə edilmiş gəlirin 78,6 %-i qeyri-dövlət sektorunun payına düşüb.

Qeyd edək ki, hesabat dövründə informasiya və rabitə sahəsində əsas kapitala sərmayə yatırımı 77,8 mln. manat təşkil edib. Bu isə keçən ilin yanvar-avqust ayları ilə müqayisədə 20,8% azdır. Ümumi kapital qoyuluşunda rabitə sektorunun xüsusi çəkisi 0,7% olub. 

Son xəbərlər

Orphus sistemi