"Aztelekom" 1,3 milyon manatlıq tenderlərə yekun vurub

"Aztelekom" 1,3 milyon manatlıq tenderlərə yekun vurub "Aztelekom" MMC 4 açıq tenderə yekun vurub
İKT
10 İyul , 2020 11:26
Aztelekom 1,3 milyon manatlıq tenderlərə yekun vurub

"Aztelekom" MMC ümumi məbləği 1 mln 297,9 min manat təşkil edən 4 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin şərtlərinə əsasən, rabitə xətt təsərrüfatının tikintisi və istismarı üçün tələb olunan mal-materialların (1), əməyin təhlükəsizliyi məqsədilə montyor caynaq dəstlərinin (2), rabitə xətt təsərrüfatının tikintisi və istismarı üçün tələb olunan 10 abunəçi tutumlu hermetik plastik korpuslu paylayıcı abunəçi qutusunun (3), eləcədə 5 000 ədəd 6,5 metr, 650 ədəd 8,5 metr hündürlüklü akril boya ilə boyanmış dəmir dirəklərin (4) satın alınması nəzərdə tutulur. 

Tenderlərin qalibi Hüseyn Sabir oğlu Abdullayev (1 tender), "Maybo" (2) və "Aztelmaş"(3 və 4 tenderlərin qalibi) MMC-lərdir.

Qalib şirkətlərə 332 547 manat, 124 608 manat və 840 738 manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi