"AzScienceNet" çərçivəsində Azərbaycana verilən internetin həcmi 3 dəfə artıb

"AzScienceNet" çərçivəsində Azərbaycana verilən internetin həcmi 3 dəfə artıb "Bu gün Azərbaycanın elmi tədqiqat müəssisələrinin cəmi 33 %-i "AzScienceNet" şəbəkəsinə qoşulub. Azərbaycan ali təhsil müəssisələrinin isə 42 %-i, yəni yarısından da az hissəsi həmin şəbəkənin xidmətlərindən istifadə edir".
İKT
28 Sentyabr , 2022 13:43
AzScienceNet çərçivəsində Azərbaycana verilən internetin həcmi 3 dəfə artıb
Rasim Əliquliyev

"Bu gün Azərbaycanın elmi tədqiqat müəssisələrinin cəmi 33 %-i "AzScienceNet" şəbəkəsinə qoşulub. Azərbaycan ali təhsil müəssisələrinin isə 42 %-i, yəni yarısından da az hissəsi həmin şəbəkənin xidmətlərindən istifadə edir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev Bakıda keçirilən 5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransının (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) açılış mərasimində bildirib.

R.Əliquliyev əlavə edib ki, "AzScienceNet" layihəsi çərçivəsində Azərbaycana verilən internetin həcmi 3 dəfə artıb:

"2015-ci ildə Avropa Komissiyası 6 ölkədə internet infrastrukturunu inkişaf etdirmək üçün 13,8 milyon avro dəyəri olan "EaP Connection" şəbəkəsini yaratdı. Vəsaitin 95 %-ni Avropa Komissiyası, 5 %-ni isə üzv ölkələr ayırdılar. Bizim "AzScienceNet" şəbəkəmiz də bu layihəyə qoşuldu.

Əgər ilk əvvəllər 1 GB/s sürətlə internet verilirdisə, indi bu rəqəm 3 GB/s-a qədər artırılıb. Amma bu da məhdudiyyət demək deyil. Biz nə qədər istəsək onlar o qədər sürət təmin edə bilərlər. Bu sürətin üçdə birini AMEA-nın köhnə strukturunda olan institutlar, qalan hissəsini isə Elm və Təhsil Nazirliyinin strukturları istifadə ediblər. Bu şəbəkədən isə dünya üzrə 50 milyondan çox elm və təhsil ictimaiyyətinin nümayəndələri istifadə edir".

Son xəbərlər

Orphus sistemi