“AzInTelecom”un xalis mənfəəti kəskin azalıb

“AzInTelecom”un xalis mənfəəti kəskin azalıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC 2019-cu ili 46,842 milyon manat xalis mənfəətlə başa vurub.
İKT
4 Noyabr , 2020 16:06
“AzInTelecom”un xalis mənfəəti kəskin azalıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC 2019-cu ili 46,842 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 71,4% və yaxud 3,5 dəfə azdır.

Ötən il “AzInTelecom”un göstərdiyi xidmətlərdən gəlirləri 461,306 milyon manat (illik müqayisədə 18,4% çox), xidmətlərinin maya dəyəri 248,268 (8,9% çox), ümumi və inzibati xərcləri 119,858 milyon manat (29,3% çox), debitor borclar üzrə ayırmaları 2,344 milyon manat (45,9% az), maddi aktivlərinin dəyərsizləşməsi üzrə zərəri 11,582 milyon manat (ötən il ayırmayıb), maliyyə gəlirləri 2,913 milyon manat (2,6 dəfə az), maliyyə xərcləri 32,676 (19,1% çox), xarici valyutaların mübadiləsindən gəlirləri 19,27 milyon manat (68,8% az), kompensasiyalardan gəlirləri 13,998 milyon manat (əvvəlki il ayırmayıb), digər gəlirləri 1,776 milyon manat (4,6 dəfə çox), digər xərcləri 1,077 milyon manat (22,6% az), mənfəət vergisi ödəmələri isə 36,615 milyon manat (4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AzInTelecom”un aktivləri 1 464 353 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,1% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 1,3% artaraq 710,563 milyon manata çatıb, balans kapitalı isə 10,4% azalaraq 753,789 milyon manata düşüb.

Xatırladaq ki, "AzInTelecom" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.

“AzInTelecom” “Azercell Telecom” MMC-nin əsas təsisçisidir.

Son xəbərlər

Orphus sistemi