“AzInTelecom” ötən il 8 milyon manatdan çox mənfəət əldə edib

“AzInTelecom” ötən il 8 milyon manatdan çox mənfəət əldə edib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC ötən ili 8,238 milyon manat mənfəətlə başa vurub.
İKT
7 İyun , 2019 11:51
“AzInTelecom” ötən il 8 milyon manatdan çox mənfəət əldə edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC ötən ili 8,238 milyon manat mənfəətlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, “AzInTelecom” 2018-ci ildə 28,551 milyon manat gəlir əldə edib. Bunun 28,367 milyon manatı əsas, 184 min manatı isə sair əməliyyat gəlirləridir.

Hesabat dövründə qurumun xərcləri isə 20,313 milyon manat, o cümlədən istifadə edilmiş material ehtiyatları üzrə xərcləri 205 min manat, işçi heyəti üzrə xərcləri 2,497 milyon manat, amortizasiya xərcləri 3,282 milyon manat, digər əməliyyat xərcləri 12,178 milyon manat, sair əməliyyat xərcləri isə 2,15 milyon manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi