“AzInTelecom”“Kasperski Lab”ın rəsmi partnyoru olub

“AzInTelecom”“Kasperski Lab”ın rəsmi partnyoru olub Bakı. 25 fevral. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya təhlükəsizliyi sahəsində dünya liderlərindən biri sayılan Kasperski Labın rəsmi partnyoru olaraq kommersiya məqsədi ilə bazara daxil olur.
İKT
25 Fevral , 2019 11:01
“AzInTelecom”“Kasperski Lab”ın rəsmi partnyoru olub

Bakı. 25 fevral. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya təhlükəsizliyi sahəsində dünya liderlərindən biri sayılan "Kasperski Lab"ın rəsmi partnyoru olaraq kommersiya məqsədi ilə bazara daxil olur.

“Report” şirkətə istinadən xəbər verir ki, əməkdaşlığa əsasən “AzInTelecom”un AZCLOUD bulud provayderi korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin təhlükəsizliyinin qorunması üçün “Kaspersky Lab”ın həllərini əlverişli şərtlərlə korporativ müştərilərinə təklif edəcək.

Dünya səviyyəsində tanınan bu həllər mərkəzləşdirilmiş idarəetmə, çevik lisenziyalaşdırma xüsusiyyətləri və infrastruktur xərclərinin tələb olunmaması kimi üstünlüklərə malikdir.

“Kasperksy Lab”ın statistik məlumatına əsasən, 2018-ci ildə Azərbaycanda 18,2% korporativ istifadəçi internetdə kibertəhlükələrlə qarşılaşıb.

Sözügedən şirkətin təqdim etdiyi texnologiyalar dünyanın 400 milyondan çox istifadəçisinin və 270 min korporativ müştərinin informasiya təhlükəsizliyini təmin edir.

Son xəbərlər

Orphus sistemi